Avropa İttifaqının patrul missiyası Ermənistandan gedir?

Ermənistan-Azərbaycan sərhədində müşahidə aparan Avropa İttifaqının missiyanın müddət bitdikdən sonra burada qalıb-qalmayacağı hələ dəqiqləşməyib.

Azpost.info bildirir ki, bu barədə Avropa İttifaqının səfiri Vasilis Maraqos “Azadlıq” radiosunun sualını cavablandırarkən deyib.

Onun  sözlərinə grə, hələlik yekun qərar yoxdur.

O, həmçinin rəsmi İrəvanın missiyanın müddətinin uzadılması ilə bağlı müraciət edib-etmədiyini dəqiqləşdirməyib.

“Missiya müddətini uzatmaq qərarı hələ verilməyib, lakin biz bu məsələ üzərində işləyirik. Bu, Ermənistan hakimiyyəti ilə müzakirə mərhələsindədir”, – Aİ səfiri bildirib.

Avropalı müşahidə missiyası 2023-cü ilin fevral ayından etibarən Ermənistan-Azərbaycan sərhədində monitorinq aparır.

 

Əvvəlki məqalə

COP29:

Sonrakı məqalə

Gənc aktyorlar rayon teatrlarında işləməkdən niyə imtina edir?