“Şərq Tərəfdaşlığı” ilə bağlı görüşlərdə yeni növ koronavirusla (COVID-19) mübarizə, habelə “Şərq Tərəfdaşlığı”nın gələcəyi əsas müzakirə predmeti olacaq”.
Bunu APA-ya açıqlamasında Avropa İttifaqının (Aİ) Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibi Peter Stano deyib.
“Hazırda “Şərq Tərəfdaşlığı” ölkələri Xarici İşlər nazirlərinin virtual formatda keçiriləcək görüşü və Sammitlə bağlı məsələlər hazırlıq mərhələsindədir. Artıq görüşlərin tarixi məlumdur və tezliklə gündəlik də açıqlanacaq. Görüşlərdə həm COVID-19 böhranına reaksiya, həm də Aİ Şurasının “Şərq Tərəfdaşlığı” ilə bağlı mayda qəbul etdiyi nəticələr, eyni zamanda 2020-ci ilin martında Avropa Komissiyası və Aİ-nin Ali Nümayəndəsinin qəbul etdiyi Birgə Kommunikasiyaya uyğun olaraq “Şərq Tərəfdaşlığı”nın 2020-ci ildən sonrakı gələcəyi müzakirələrin mərkəzində olacaq”, – deyə Aİ rəsmisi vurğulayıb.
Xatırladaq ki, “Şərq Tərəfdaşlığı” ölkələrinin XİN başçılarının görüşü yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar virtual formatda iyunun 11-də keçiriləcək. İyunun 18-də isə “Şərq Tərəfdaşlığı” ölkələrinin videokonfrans formatında Sammiti baş tutacaq.