Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycana gəlib

30 Oktyabr 2019 - 11:07

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfərə gəlib.

Bu barədə APA-ya Aİ-nin Azərbaycandakı Nümayəndəliyindən bildirilib.

Səfər çərçivəsində Aİ nümayəndəsi bu gün və sabah Bakıda rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək.