Avropa İttifaqının xüsusi nümayəndəsi İrəvanda Avropa missiyası ilə görüşüb

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar İrəvanda Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının rəhbəri Markus Ritterlə görüşüb.

Bu barədə Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının “Twitter” hesabında məlumat verilib.

Bildirilib ki, görüşdə Aİ-nin Ermənistandakı Nümayəndəliyinin rəhbəri Andrea Viktorin də iştirak edib.

“Onlar regional inkişaf və regionda sülh prosesinin dəstəklənməsi istiqamətində Aİ-nin səyləri barədə fikir və məlumat mübadiləsi aparıblar”, məlumatda qeyd olunub.

Azpost.info

Əvvəlki məqalə

Valyuta məzənnələri

Sonrakı məqalə

Ölkəyə hansı malların idxalı artıb, hansı azalıb? –