Ölkəyə hansı malların idxalı artıb, hansı azalıb? –SİYAHI

2023-cü ilin yanvar-iyun aylarında mühüm məhsul növlərindən buğda idxalı 23,1 faiz artıb. 

Azpost.info bildirir ki, Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2023-cü ilin yanvar-iyun aylarında mühüm məhsul növlərindən

buğda idxalı 23,1 faiz,

unlu qənnadı məmulatları 5,1 faiz,

şokolad və şokolad məhsulları 2,6 faiz,

mal əti 2,6 dəfə,

siqaretlər 34,5 faiz,

minik avtomobilləri 38,8 faiz,

dərman vasitələri 5,5 faiz,

polad prokatı 2,1 dəfə,

qara metallardan borular 41,8 faiz,

hesablama maşınları, blok və qurğuları 9,9 faiz,

rezin şinlər 17,7 faiz,

sintetik yuyucu vasitələr 17,8 faiz,

yük avtomobilləri 37,1 faiz,

mebellər 4,2 faiz,

polietilen 69,2 faiz,

mineral gübrələr 45,2 faiz,

paltaryuyan maşınlar 36 faiz,

polipropilen 39,8 faiz,

qara metallardan künclüklər 31,9 faiz,

məişət soyuducuları 68,6 faiz artıb.

Bundan başqa:

Xam şəkər idxalı isə 8,5 faiz,

təzə meyvə 12 faiz,

bitki yağları 17,9 faiz,

kərə yağı, digər süd yağları və pastaları 21,1 faiz,

çay 13,8 faiz,

kartof 21,1 faiz,

quş əti və onun əlavə məhsulları 4 faiz,

təzə tərəvəz 3,8 faiz,

məişət kondisionerləri 7,6 faiz,

qara metallardan çubuqlar 8,5 faiz,

avtobuslar 76,2 faiz,

sement 29,9 faiz azalıb.

Cari ilin yanvar-iyun aylarında ölkəyə 44 min 937 ədəd minik avtomobili, 3161 ədəd yük avtomobili, 77 ədəd avtobus idxal olunub. İxracın 46,5 faizini İtaliyaya, 15,4 faizini Türkiyəyə, 4,5 faizini Yunanıstana, 3,6 faizini İspaniyaya, hər biri 3,5 faiz olmaqla İsrail və Rusiyaya, 3,4 faizini Hindistana, 2,4 faizini Çexiyaya, hər biri 2,3 faiz olmaqla Rumıniya və Gürcüstana, 2,1 faizini Almaniyaya, 1,8 faizini İrlandiyaya, hər biri 1 faiz olmaqla Bolqarıstan və Xorvatiyaya, 0,9 faizini Avstriyaya, 0,7 faizini Fransaya, hər biri 0,5 faiz olmaqla İndoneziya, Sinqapur və Vyetnama, hər biri 0,4 faiz olmaqla İsveçrə və Portuqaliyaya, 2,8 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

 

Azpost.info

Əvvəlki məqalə

Avropa İttifaqının xüsusi nümayəndəsi İrəvanda Avropa missiyası ilə görüşüb

Sonrakı məqalə

Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb