Avropa İttifaqının Zəngəzurla bağlı müşahidə missiyası başa çatır

Avropa İttifaqının Ermənistanda olan sərhədlə bağlı monitorinq missiyası dekabrın 19-da işini yekunlaşdıracaq. 
Azpost.info bildirir ki, bu barədə Aİ-nin xarici siyasət üzrə xüsusi nümayəndəsi Jozef Borrel brifinqdə bildirib.
Onun sözlərinə görə, oktyabrda formalaşdırılmış missiya özünün səmərəli olduğunu göstərib.
Lakin Ermənistan və Azərbaycanla əldə olunmuş razılığa əsasən dekabrın 19-da öz işini yekunlaşdıracaq.
“Buna baxmayaraq biz Ermənistan və Azərbaycan arasında dialoqda öz nufuzumuzu saxlamaq üçün Ermənistanda nümayəndələrdən ibarət komandamızı yerləşdirəcəyik. Bu komanda gələn il baş tuta biləcək mümkün mülki missiyanın müzakirəsi üçündür”-deyə Borrel bildirib.
Xatırldaq ki, Aİ-nin montironq misisyası Zəngəzurda sərhədlə bağlı toqquşmalardan sonra vəziyyəti müşahidə etmək üçün Ermənistana dəvət olunmuşdu.
Əvvəlki məqalə

Şeyxülislam və Qareginin yeni görüşü nə vəd edir?

Sonrakı məqalə

Qarabağda işləyən Türkiyə vətəndaşları Laçın dəhlizindəki aksiyaya qoşulub