Avropa Komissiyası Zelenskinin 9 Mayla bağlı qərarını alqışlayıb

Avropa Komissiyası Vladimir Zelenskinin 9 Mayın Ukraynada Avropa Günü kimi qeyd olunması ilə bağlı qərarını alqışlayıb.

Azpost.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Zelenski 9 Mayın Ukraynada Avropa Günü kimi təsis edilməsi haqqında fərman imzalayıb. Sənəddə deyilir ki, bayram qitədə yaşayan xalqların birliyinin möhkəmlənməsinə kömək edəcək.

Zelenski onu da bildirib ki, o, Ali Radaya qanun layihəsi təqdim edib. Layihəyə görə, Ukraynada Qələbə Gününün 9 mayda deyil, 8 mayda qeyd olunması nəzərdə tutulur.

Azpost.info

Əvvəlki məqalə

“Kimi prezident görmək istədiyimi gələcək göstərəcək” –

Sonrakı məqalə

Ursula fon der Lyayen sabah Kiyevə rəsmi səfərə gəlir