Ursula fon der Lyayen sabah Kiyevə rəsmi səfərə gəlir

Avropa İttifaqında Avropa Gününün qeyd edildiyi mayın 9-da Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Kiyevə rəsmi səfər edəcək.

Azpost.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Avropa Komissiyasının sözçüsü Erik Mamer Ursula fon der Lyayenin Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcəyini deyib.

“Ursula fon der Lyayen Rusiyanın işğalçı müharibəsinə qarşı bu ölkəyə dəstəyimizi bir daha təsdiqləmək üçün Ukraynaya gedir. Onun səfərinin əsas mövzusu Aİ ilə Ukrayna arasında əməkdaşlıqdır”, – Erik Mamer bildirib.

O əlavə edib ki, səfər Avropa İttifaqı ilə Ukrayna arasında münasibətlərin bütün aspektlərinə, o cümlədən ölkənin Aİ-yə qəbulu prosesinə həsr olunacaq.

Təhlükəsizlik səbəbi ilə Brüssel fon der Lyayenin səfərinin təfərrüatlarını açıqlamır.

Azpost.info

 

Əvvəlki məqalə

Avropa Komissiyası Zelenskinin 9 Mayla bağlı qərarını alqışlayıb

Sonrakı məqalə

Ermənistanda əsirlikdə olan hərbçimiz Aqşin Bəbirova 11 il həbs cəzası verilib