Avropa Kuboku:Azərbaycanın bir boksçusu finala çıxıb, dördü bürünc medal qazanıb

Monteneqronun Budva şəhərində boks üzrə Avropa Kubokunda yarımfinal mərhələsi başa çatıb.

Azərbaycan millisinin bir üzvü finala yüksəlib.

63,5 kiloqram çəkidə Ahmat Ştivi (İsrail) döyüşdən imtina etdiyi üçün Malik Həsənov həlledici görüşdə qüvvəsini sınayacaq. Boksçu çempionluq üçün Rusiyanı təmsil edən Qabil Məmmədovla mübarizə aparacaq.

Azərbaycanın digər boksçularından Tural Sarıyev (48 kiloqram) yarımfinalda Artiş Soyanla (Rusiya), Tayfur Əliyev (60 kiloqram) Sofyan Umia (Fransa) ilə, Sərxan Əliyev (71 kiloqram) Damian Durkajla (Polşa) və Mirşərif Kazımzadə (75 kiloqram) Cambulat Bijamovla (Rusiya) qarşılaşıb. Bu görüşlərdə rəqiblər mərhələ adladığından Azərbaycan təmsilçilərinin dördü də yarışı bürünc medalla başa vurub.

Əvvəlki məqalə

“Qəzzalıların əksəriyyəti təmiz içməli sudan məhrum olub”

Sonrakı məqalə

Prezident Azərbaycanın “yaşıl enerji” ölkəsi statusunun möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparır