Avropa Liqası:“Qarabağ” – “Lion” oyununun hakimləri açıqlanıb

UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” ilə Fransanın “Lion” komandası arasında keçiriləcək IV tur oyununa təyinatlar açıqlanıb.

Qarşılaşmanı Serbiyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Nenad Minakoviç olacaq. Ona yan xətt hakimləri Nikola Boroviç və Boşko Bojoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Milan Mitiç yerinə yetirəcək.

VAR hakimi Momçilo Markoviç, onun köməkçisi isə Novak Simoviç olacaq.

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Lion” matçı saat 21:45-də başlayacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.