Avropa ölkələrində işçinin hər saatına nə qədər pul verirlər? –

RƏQƏMLƏR
02 Aprel 2021 - 19:01

Avropa İttifaqı (Aİ) ölkələri saatlıq əməkhaqqı göstəricilərinə görə fərqlənir.

Avropanın Statistika Agentliyinin məlumatına görə, ən aşağı saatlıq əməkhaqqı göstəricisi Bolqarıstanda 6,5 avro, Rumıniyada 8,1 avro, Macarıstanda 9,9 avrodur. Ən yüksək göstərici isə Danimarka 45,8 avro, Lüksemburq 42,1 avro və Belçikada 41,1 avrodur.

2020-ci ildə Aİ-də orta saatlıq əməkhaqqı göstəricisi 28,5 avro idi. Avrozonada isə bu rəqəm 32,3 avroya bərabər idi. 2019-cu illə müqayisədə Avropa İttifaqında saatlıq əməkhaqqı 3,1 faiz, Avrozonada isə 2,9 faiz artıb.