Avropa ölkələrinin XİN başçıları Azərbaycana səfər edəcək

28 May 2021 - 09:10

Avropa İttifaqına (Aİ) üzv olan bir qrup ölkənin xarici işlər nazirləri təşkilatın Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrellin adından Cənubi Qafqazın hər üç ölkəsinə səfər edəcək.

Bu barədə C. Borrell Aİ xarici işlər nazirlərinin Lissabonda baş tutan qeyri-rəsmi iclasından sonda keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, səfərin məqsədi Cənubi Qafqazın hər üç ölkəsində baş verən cari hadisələrdə Aİ-nin daha yaxından iştirak etməyə hazır olduğunu bir daha təsdiqləməkdir.