Avropa Rusiya qazının pulunu rublla ödəməkdən imtina edib

“Avropa İttifaqı Rusiya qazının pulunu rublla ödəməyəcək”.

Azpost.info RİA-“Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib.

Onun sözlərinə görə, bu variant qeyri-məqbuldur və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara ziddir: “Bu, sanksiyalardan yayınmaq deməkdir. Biz məhdudiyyətlərimizin aşılmasına imkan verməyəcəyik”, – deyə o bildirib.

Əvvəlki məqalə

Türkiyə-Portuqaliya oyunu sona çatdı –

Sonrakı məqalə

Burak Yılmaz Türkiyə yığmasından gedib