Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç Azərbaycana səfərə gəlir.
Bu barədə Baş katib xanım Peyçinoviç-Buriç “X” hesabında bildirib.
“Azərbaycana rəsmi səfərimə başlayarkən Ermənistan və Azərbaycan arasında birgə bəyanatı alqışlayıram. Düzgün istiqamətdə müsbət addımdır.
Avropa Şurası davamlı sülhə nail olmaq üçün hər iki tərəfə yardım etməyə hazırdır”, Avropa Şurasının Baş katibi bildirib.