Avropa Şurasının Komissarı Milli Şuranın mitinqi ilə bağlı bəyanat verdi  

21 Oktyabr 2019 - 14:51

Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı Dunya Miyatoviç oktyabrın 19-da Bakıda polis zorakılığını pisləyib.

Azpost.info Turan-a istinadən bildirir ki, Miyatoviç  bu gün  bəyanatla çıxış edib: “Həftə sonu Bakıda baş verən hadisələr, polisin icazəsiz mitinqləri dağıtması Azərbaycanda polisin davranışı və insanların dinc etiraz hüququ ilə bağlı ciddi narahatlıq doğurur”. D.Miyatoviç bildirib ki, hüquq-mühafizə orqanları əməkdaşlarının ölçüsüz güc tətbiq etməsini pisləyir: “Hakimiyyəti israrla davranış haqqında məlumatların dərhal səmərəli araşdırılmasını təmin etməyə çağırıram. Hakimiyyət həmçinin sərbəst toplaşmaq azadlığına tam riayət olunmasını təmin etməlidir”.

“Başa düşürəm ki, saxlanılanların əksəriyyəti azad edilib, hakimiyyəti hələ də həbsdə olan dinc nümayişçiləri də azad etməyə çağırıram”, -deyə Miyatoviç bəyanatında qeyd edib.