Avropa Şurasının məruzəçiləri Milli Şuranın aksiyası ilə bağlı bəyanat verib   

Avropa Şurası Monitorinq Komitəsinin (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennax (Avstriya) və Rocer Geyl (Böyük Britaniya) oktyabrın 19-da Bakıda dinc mitinqin dağıdılması zamanı tətbiq edilən polis zorakılığı ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər.

Azpost.info bildirir ki, bu barədə Turan məlumat yayıb.

Məruzəçilər bir çox aksiya iştirakçısının saxlanılmasından və onlardan bəzilərinə qarşı ehtimal olunan amansız rəftardan narahatdırlar: “Bu acınacaqlı hadisələrə toplaşmaq azadlığının pozulmasının davam etməsi və hökumət tənqidçilərinin fəaliyyətinə mane olan məhdudlaşdırıcı mühitin yaradılması kontekstində baxmaq lazımdır”,- deyə məruzəçilərin bəyanatında bildirilir.

Həmməruzəçilər qeyd edirlər ki, müxalif Xalq Cəbhəsi Partiyasının ən az on üzvünün mitinq ərəfəsində saxlanıldığı və beşinin 60 günlük inzibati həbsə məruz qoyulduğu barədə məlumat alıblar: “Çoxları mitinq zamanı həbs edilib, onların bəziləri, o cümlədən AXCP lideri Əli Kərimli isə işgəncələrə məruz qoyulub və vəkillərlə əlaqə saxlamaq imkanından məhrum edilib. Bəzilərinin saxlanıldığı yer naməlum olaraq qalır”, -deyə həmməruzəçilər əlavə ediblər.

“Azərbaycanda toplaşmaq azadlığı ciddi şəkildə məhdudlaşdırılıb. Biz hakimiyyəti dinc mitinqlərə qoyulan məhdudiyyətləri aradan qaldırmağa, qanunsuz olaraq saxlanılanların hamısını azad etməyə və ehtimal olunan işgəncə və amansız rəftar hadisələrini araşdırmağa çağırırıq”, – deyə məruzəçilər qeyd ediblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident Sumqayıta 3,5 milyon manat ayırdı

Sonrakı məqalə

Röya, Mir Yusif və Tünzalə Ağayevaya “Xalq artisti” adı verildi