“Avropa Ukraynaya ağır silahların göndərişini artırmalıdır” –Almaniya XİN rəhbəri

Avropa İttifaqı (Aİ) Ukraynaya hərbi dəstəyi, xüsusən də ağır silahların tədarükünü artırmalıdır.

Azpost.info xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

O qeyd edib ki, Ukraynanın Rusiya təcavüzündən müdafiəsi üçün hərbi dəstəyə ehtiyacı var: “Biz avropalı tərəfdaşlarımızla birlikdə bunun qayğısına qalırıq. Ukraynanın daha çox hərbi texnikaya, xüsusilə də ağır silahlara ehtiyacı var. İndi bəhanələrin yox, praqmatizmin vaxtıdır”, – Burbok bildirib.

Onun sözlərinə görə, Avropa ölkələri Kiyevin ətrafındakı ərazilərdə Rusiyanın hərbi cinayətlərinə dair sübutlar gözləyir.

Azpost.info

Əvvəlki məqalə

Borrel Avropa İttifaqının xarici işlər nazirləri ilə Ukraynanı müzakirə edəcək

Sonrakı məqalə

Putin Ukraynadakı uğursuzluğa görə FTX-da “təmizləmə” aparıb –