Borrel Avropa İttifaqının xarici işlər nazirləri ilə Ukraynanı müzakirə edəcək

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Jozep Borrel Kiyevə səfərinin nəticələrini müzakirə etmək üçün bu gün Aİ xarici işlər nazirləri ilə görüşəcək.

Azpost.info xəbər verir ki, iclasda əsasən Ukraynaya dəstək müzakirə olunacaq. “Biz Ukraynaya daha yaxşı necə dəstək ola biləcəyimizi müzakirə edəcəyik”, – Borrel deyib.

O qeyd edib ki, Avropa Ukraynada hərbi əməliyyatların artacağını gözləyir. Bu səbəbdən nazirlərlə görüşdə Kiyevə dəstəyi gücləndirmək məsələsi də nəzərdən keçiriləcək. Borrel Ukraynanın xahiş etdiyi silahların siyahısını aldığını və bu siyahının müzakirəsi üçün yaxın günlərdə Aİ-nin Hərbi Komitəsinin iclasının çağırılacağını bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Ericsson” şirkəti Rusiyada fəaliyyətini dayandırdığını bəyan edib

Sonrakı məqalə

“Avropa Ukraynaya ağır silahların göndərişini artırmalıdır” –