Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya
  • ÖZƏL

Avropada istidən 2300 nəfər öldü

Orkhan Ali 09 İyul 2025 - 10:47 (Last updated: 09 İyul 2025 - 10:42)
İsti

İsti

Avropada iyun ayında baş verən güclü istilər nəticəsində 2300 nəfər həyatını itirib. Yeni araşdırmanın nəticələri iqlim dəyişikliyinin insan sağlamlığına real və təhlükəli təsirini bir daha təsdiqləyib.

Tədqiqatçılar bildiriblər ki, iyunun 23-dən iyulun 2-dək davam edən ekstremal istilər Avropanın 12 iri şəhərində ölüm hallarını ciddi şəkildə artırıb. AzPost xəbər verir ki, The Guardian nəşrinin yaydığı məlumata görə, qeyd olunan ölümlərin ən azı 1500-ü planetdə baş verən iqlim böhranı ilə bilavasitə əlaqələndirilib.

Ekspertlərin hesablamalarına əsasən, ən ağır vəziyyət Milanda qeydə alınıb. Burada 499 nəfər istilərdən həyatını itirib və onların 317-si məhz iqlim dəyişikliyinin təsirindən ölüb. Paris, Barselona və London da ən çox itki verən şəhərlər arasında yer alıb. Məsələn, Londonda 273 ölüm hadisəsindən 171-i insanın iqlimə təsiri ilə bağlı olub.

London Gigiyena və Tropik Tibb Məktəbinin epidemioloqu, araşdırmanın həmmüəllifi Malkolm Mistri bu barədə açıqlama verərək deyib: “Bu tədqiqat ekstremal istilərin səssiz qatillər adlandırılmasının səbəbini açıq şəkildə göstərir. Təəssüf ki, İspaniya, Fransa və İtaliyada indidən yüzlərlə ölüm hadisəsi qeydə alınsa da, gələcəkdə bu rəqəmin minlərlə olacağı proqnozlaşdırılır”.

Qeyd edək ki, World Weather Attribution qrupunun ilkin təhlilinə görə, qeyd edilən ölüm hallarının təxminən üçdə ikisi birbaşa iqlim dəyişikliyi ilə bağlıdır. Ekspertlər bildirirlər ki, qlobal istiləşmənin qarşısı alınmazsa, belə faciəvi statistika daha da pisləşəcək.

AzPost.az

Post navigation

Previous: Ukraynaya “Patriot” sistemləri ilə bağlı pis xəbər
Next: Buzlaqların əriməsi vulkan püskürmələri təhlükəsini artırır

Oxşar xəbərlər

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
qaz kemeri
  • Dünya

ABŞ-ın təzyiqi ilə Türkiyə Türkmənistan qazından imtina edib

User 06 Noyabr 2026 - 20:36

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.