Avropada “Remdesivir”in koronovirusdan müalicədə istifadəsinə icazə verilib

Avropa Komissiyası “Remdesivir” preparatının yeni növ koronovirusun doğurduğu xəstəliklərin müalicəsində ilkin qaydada istifadə olunmasına icazə verib.

Bu barədə Avropa Komissiyasının cümə günü yaydığı bəyanatda bildirilir. Eyni zamanda, qeyd olunur ki, preparatdan bir sıra şərtlərə əməl edilməklə istifadə oluna bilər. Sənəddə bu şərtlərin nədən ibarət olduğu açıqlanmır.

Qurumun nümayəndəsi bir qədər əvvəl məlumat vermişdi ki, preparatın istehsalçısı olan Gilead Sciences kompaniyası ilə “Remdesivir”in Avropa bazarına kifayət miqdarda çatdırılması barədə danışıqlar aparılır. Bununla yanaşı, The Guardian qəzetinin iyulun 1-də yaydığı informasiyaya görə, ABŞ-ın hakimiyyət orqanları preparatın bütün ehtiyatlarını satın alıb və yaxın üç ayda heç bir ölkə onu lazımı qədər əldə edə bilməyəcək.

Gilead Sciences təsdiqləyir ki, “Remdesivir”in tətbiqi koronavirus xəstələrinin sağalma müddətini dörd günədək qısaldır. Xəstəyə beş günlük müalicə kursu ərzində 6 ampula dərman lazım gəlir. Kompaniya inkişaf etmiş ölkələr üçün preparatın hər ampuluna 390 dollar vahid qiymət müəyyənləşdirib.

Xatırladaq ki, vaxtilə Ebola qızdırması ilə mübarizə çərçivəsində hazırlanan “Remdesivir” preparatı o vaxt öz effetivliyini təsdiqləyə bilməmişdi. Sonradan preparat SARS və MERS infeksiyalarının müalicəsində istifadə olunmuş və lazımi səmərə vermişdi(azərtac).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

icaze.e-gov.az portalında 5 iyula qədər olan icazələr avtomatik deaktiv ediləcək

Sonrakı məqalə

“Bu hadisənin arxasında gizlənənlər üzə çıxarılacaq” –