Avropada zöhrəvi xəstəliklərin sayı kəskin artıb

Avropa İttifaqı ölkələrində zöhrəvi xəstəliklərin yayılmasında ciddi artım qeydə alınıb. AzPost bildirir ki, bu barədə məlumatı Onet portalı yayıb.

Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri xəbərdarlıq edirlər ki, hazırkı vəziyyətə qarşı təsirli tədbirlər görülməsə, gələcək iyirmi ildə bu xəstəliklər qlobal səhiyyə üçün ən ciddi təhlükələrdən birinə çevrilə bilər.

Böyük Britaniyada vəziyyətin kritik mərhələyə çatması səbəbindən 2025-ci ilin avqustunda yeni vaksinasiya proqramına start verilib. Qonoreyaya qarşı xüsusi vaksin mövcud olmasa da, həkimlər meningokokk B qrupu peyvəndindən istifadə edirlər. Bu vaksin təxminən 30–40 faiz effektivlik göstərir.

Mütəxəssislərin sözlərinə görə, qonoreya çox vaxt sifilis, QİÇS və ya hepatit C kimi digər infeksiyalarla yanaşı müşahidə olunur. Bu isə kompleks diaqnostika və profilaktikanın vacibliyini önə çıxarır.

Həkimlər məsuliyyətli yanaşmanı, o cümlədən qoruyucu vasitələrdən istifadənin artırılmasını tövsiyə edirlər. Avropada cinsi yolla yoluxan xəstəliklərin sürətli yayılması səhiyyə sistemləri üçün yeni çağırış hesab olunur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.