Avropaya gedən ukraynalı kişilər hərbi xidmətə çağırılacaq- Yeni ildən

Kiyev 2024-cü ildə xaricdə yaşayan ukraynalıları hərbi xidmətə çağırmağı planlaşdırır.

Azpost.info xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Rustem Umerov bildirib.

Onun sözlərinə görə, 25 yaşdan 60 yaşa qədər olan kişilər Ukrayna Silahlı Qüvvələrinin çağırış məntəqələrinə getməli olacaqlar.

“Biz hamı üçün ədalət istəyirik, çünki bura bizim öz ölkəmizdir. Biz onlara çağırış vərəqəsi göndərəcəyik”, – Umerov bildirib.

Nazir həmçinin çağırış zamanı gəlməkdən imtina edənlərə qarşı mümkün sanksiyalar barədə xəbərdarlıq edib.

“Məqsədimiz Rusiyanın işğalını dəf etmək üçün əlavə 450-500 min əsgəri səfərbər etməkdir. Lakin bu səfərbərliyin maliyyə və siyasi çərçivəsi hələ də aydınlaşdırılmayıb. Ukrayna prezidenti Vladimir Zelenski məsələni “son dərəcə həssas” adlandırıb”, – Umerov bildirib.

Azpost.info

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Azərbaycan Qızıl Aypara Cəmiyyəti İlham Əliyevin namizədliyini dəstəkləyir