“”Avroviziya” azad edilmiş Mariupolda keçiriləcək” –Zelenski qələbə münasibəti ilə xalqı təbrik etdi

Prezident Zelenski Ukraynanın “Avroviziya” mahnı müsabiqəsində qalib olması münasibəti ilə təbrik edib. 

Azpost.info bildirir ki, bu barədə Prezident tvitterdə yazıb.

“Bizim cəsarətimiz dünyanı heyran edir, musiqimiz Avropanı fəth edir! Gələn il Ukrayna “Avroviziya”nı keçirəcək. Öz tarixində 3 -cü dəfə. İnanıram ki, sonuncu olmayacaq. Biz hər şeyi edəcəyik ki, “Avroviziya”nın iştirakçılarını Mariupol qəbul etsin. Azad, dinc və bərpa olunmuş Mariupol!

Kalush Orchestra”nı təbrik edirəm.  Bizə səs verənlərə təşəkkür edirəm. Düşmən üzərində qələbə akkordu uzaqda deyil, buna əminəm!”-deyə Zelenski yazıb.

 

 

Əvvəlki məqalə

“Avroviziya” müsabiqəsinin qalibi Ukrayna oldu

Sonrakı məqalə

“Avroviziya”da Azərbaycanın Ukraynaya verdiyi 12 səs niyə açıqlanmadı?