“Avroviziya” beynəlxalq musiqi yarışmasına bir neçə ay qalır. Təşkilatçılar artıq müsabiqənin keçiriləcəyi səhnəni hazırlayıblar.
Azpost.info bildirir ki, “Avroviziya”nın rəsmi saytı yeni səhnə dizaynının fotolarını açıqlayıb.
“Avroviziya-2023″ün təşkilati işlərini görmək Ukrayna və ingilislərin boynunda olub. Nəhəng səhnəni dizayner və quruluşçu rəssam Xulio Ximede hazırlayıb. O əvvələr “Qremmi” və MTV EMA mükafatları üçün səhnələrə dizayn verib.
Yeni səhnə 450 kvadrat metrdir, onun üzərində monitorlar quraşdırılıb. Döşəməyə 700 videoplitə və 1500 işıq diodları bağlanıb.
Səhnə mavi rənglə açılır. Bu kosmik stili xatırladır. Dizayner deyib ki, belə səhnə “birlik, bayram və həmrəylik” mesajını verir. Rəssam bununla Britaniya və Ukryananın birgəliyini nümayişini ifadə etmək istəyib.
Azpost.info