Avrozona ÜDM-i rekord səviyyədə azalıb

Bu ilin birinci rübündə Avrozonanın ÜDM-i 2019-cu ilin son rübü ilə müqayisədə 3,8% azalıb.

APA-Economics” “Vedomosti”yə istinadən xəbər verir ki, bu barədə “Avrostat”ın ilkin qiymətləndirməsində deyilir.

Bildirilir ki, 2008-2009-cu illərdəki qlobal maliyyə böhranı dövrü ilə müqayisədə bu, Avrozona üçün əhəmiyyətli dərəcədə azalma kimi qiymətləndirilir.

Bəzi aparıcı iqtisadiyyatlarda bu daha çox hiss olunub. Belə ki, Fransanın ÜDM-i ötən ilin dördüncü rübü ilə müqayisədə 5,8%, İspaniyanın 5,2%, Belçikada 3,9%, Avstriyada isə 2,5% azalıb. Hələlik rüblük məlumat verməyən Almaniyada ÜDM ölkə hökumətinin proqnoza görə, cari ildə 6,3% azalda bilər.

Cari ilin ilk rübün nəticələri blok ölkələri üçün 1970-ci ilin əvvəlindən bəri ən pis göstərici kimi qiymətləndirilir. Avropa ölkələri mart ayında koronavirusun yayılması səbəbi ilə karantin tətbiq etməyə başlayıb. Bu səbəbdən ikinci rübdə iqtisadi geriləmənin daha da əhəmiyyətli olacağı gözlənilir.

Ölkələr məhdudlaşdırıcı tədbirləri ləğv etdikcə və ya yumşaltdıqca, iqtisadi aktivlik tədricən bərpa olunmağa başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

COVID-19 bioloji silahdır?

Sonrakı məqalə

320 min şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edilib