Avstriya kansleri Kiyevə gəlib, Zelenski ilə görüşüb –FOTO

Avropa İttifaqı rəsmilərindən sonra bu gün Avstriya kansleri Karl Nehammer də Kiyevə gəlib.

Azpost.info xəbər verir ki, kansler Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. “Avstriya Rusiyanın təcavüzünə qarşı müqavimətdə bizi dəstəkləyir.

Federal kansler Karl Nehammerin Kiyevə səfəri Ukrayna xalqı ilə həmrəyliyin nümayişidir”, – Ukrayna Prezident Aparatından bildirilib.

“Vladimir Zelenski, açıq və səmimi söhbətə, Kiyevdə səmimi qəbula görə təşəkkür edirəm. Avstriya Ukrayna xalqının hazırda nələr keçirdiyini bilir. Biz humanitar iztirabları azaltmaq və bu müharibəni bitirmək üçün əlimizdən gələni edəcəyik”, – Nehammer görüşdən sonra “Tvitter”də yazıb.

Azpost.info

Əvvəlki məqalə

Prezident İlham Əliyev Putinlə Brüssel danışıqlarını müzakirə edib

Sonrakı məqalə

Polşa Ukraynaya görə Macarıstanla münasibətləri dondurur