Avstriya Rusiya neftindən imtina etdi

Avstriya Ukraynadakı müharibə ilə əlaqədar Rusiya neftindən imtina edib.

Azpost.info xəbər verir ki, bu barədə bu gün “Krone” nəşri məlumat yayıb.

OMV neft-qaz şirkətindən bildiriblər ki, Rusiyadan xammal alışı həmişə kiçik olub. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra bu da dayandırılıb.

Avstriya Statistika İdarəsi və Neft Sənayesi Assosiasiyasının məlumatına görə, Rusiya neftinin idxalı təxminən 7,8% təşkil edib. Uzun illər Avstriyanın əsas xammal tədarükçüsü Qazaxıstan olub. Onun idxalda payı 38,9 faiz təşkil edir. İkinci və üçüncü yerlərdə 22,1 faizlə Liviya, 20,7 faizlə İraqdır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.