“Axtarışa verilən baş nazir Kallas Rusiyaya ekstradisiya oluna bilər”- Estoniya Baş prokuroru

Rusiya Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilən Estoniyan Baş naziri Kaya Kallas hansısa dövlət tərəfindən Moskvaya ekstradisiya oluna bilər.

Azpost.info xəbər verir ki, bunu Estoniya Baş prokuroru Andres Parmas deyib.

Onun sözlərinə görə, bu, siyasətçi üçün əsas risklərdən biridir.

“Əgər hər hansı ölkə öz öhdəliklərindən imtina etmək qərarına gəlsə və məsələn, Rusiya ilə bağlanmış ekstradisiya müqaviləsinə istinad etsə, onda biz ancaq qanuna müraciət edə bilərik”, – Parmas bildirib.

Onun sözlərinə görə, Kallas beynəlxalq diplomatik hüquqla qorunmalıdır, lakin Tallin üçüncü ölkələrdən belə müdafiə tələb edə və ya gözləyə bilməz.

Parmas əlavə edib ki, Kallas vəzifəsini tərk edərsə və siyasi olmayan şəxs kimi səyahət edərsə, risk artacaq.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.