1972-ci ildə həyata keçirilən Apollon 17 missiyası insanlığın Ay səthində ən uzun qalma rekordunu müəyyənləşdirib.
Azpost.info “Astronomiya” jurnalına istinadən bildirir ki, bu missiya zamanı astronavtlar Eugene Cernan və Harrison Schmitt Ay səthində təxminən 75 saat (3 gündən çox) qaldılar.
Onlar bu müddətdə geniş elmi tədqiqatlar apararaq Ayın geologiyası barədə çox vacib məlumatlar topladılar. Missiyanın əsas məqsədlərindən biri Ay səthindən daha çox nümunə toplamaq və onu Yerə gətirmək idi.
Astronavtlar həmçinin Ay roveri vasitəsilə Ay səthində daha uzaq məsafələri (təxminən 35 km)
qət edərək tədqiqat imkanlarını xeyli genişləndirmişdilər.
Bu rekordun səbəblərindən biri də Apollonn proqramından sonra Ay missiyalarının dayandırılmasıdır. Həmçinin Eugene Cernan Ay səthində gəzən son insan kimi tarixə düşüb.
Apollon 17 ilə birlikdə insanlığın Ay səthindəki aktiv tədqiqat dövrü başa çatdı. Bu rekord yalnız gələcəkdə planlaşdırılan yeni Ay missiyaları ilə qırıla bilər.