“Aya Sofyanın 1934-cü ildə muzeyə çevrilməsi millət üçün ağrılı qərar idi” –ƏRDOĞAN

“Aya Sofyanın statusu ilə bağlı son qərarı başqaları deyil, Türk milləti verib və digər ölkələr bu qərara hörmətlə yanaşmalıdırlar”.

Bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofya məbədinin muzey statusundan çıxarılaraq məscid olaraq istifadəyə verilməsi barədə qərara Qərb ölkələrinin etirazlarına münasibət bildirərkən söyləyib. 

Türkiyə Prezidenti bildirib ki, Türkiyənin Dövlət İşləri üzrə Məhkəməsinin (Danıştay) Aya Sofya ilə bağlı qərarını hüquq dövləti adına müsbət addım olaraq qiymətləndirir: “Aya Sofya Fatih Sultan Mehmet Xanın İstanbulu fəth edərkən ilk cümə namazını qıldığı və fəth rəmzi olaraq məscidə çevirdiyi bir yerdir. Buna görə onun yaddaşımızda yeri əvəzedilməzdir. Aya Sofyanın 1934-cü ildə məsciddən muzeyə çevrilməsi millətimiz üçün ağrılı bir qərar idi və ona görə Aya Sofya orijinal məscid halına qayıtmalı idi. Danıştay qərar verənə qədər ölkə daxilindən və xaricdən edilən narazılıqların da bizim üçün heç bir dəyəri olmadı. Bu ölkəmizin daxili işidir”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Roma Papası Aya Sofya məbədinin məscidə çevrilməsindən kədərlənib

Sonrakı məqalə

Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla danışıb