Ayaz Salayev və digər tanınmışlar 20 seriyalı “Gündəlik” serialında –Tezliklə yayımlanacaq /FOTO

20 seriyadan ibarət olan “Gündəlik” adlı bədii serialın çəkiliş prosesi yekunlaşıb. Artıq montaj işi aparılır.

Azpost.info kinoinfo-ya istinadən bildirir ki, dram janrında olan serialda cəmiyyətdə baş verən hadisələr “Maarif” adlı bir jurnalın əməkdaşlarının ətrafında və onların iştirakı ilə göstərilir. Əsas mövzular isə təhsil məsələləri ilə bağlıdır.

Serialın rejissoru Pərviz Həsənov, ssenari müəllifi Qanturalı, təsvir rejissoru Pərvanə İlham, bəstəkarı Promete, kreativ prodüseri Hüsniyə Məhərrəmova, prodüseri Vüqar Əliyev, layihənin ideya müəllifi və rəhbəri Şakir Eminbəylidir.

Serialda əsas rollarda İranə Kərimova, Türkay Cəfərli, Rasimə Abbasova, Əliheydər Zeynalov, İqrar Salamov, Elşən Hacıbabayev, Zemfira Əbdülsəmədova, Hüsniyyə Mürvətova çəkiliblər. Əsas aktyorlardan əlavə olaraq hər seriyada yeni personajlar yer alır. Bu personajları isə Vidadi Həsənov, Ayşad Məmmədov, Ədalət Əbdülsəməd, Kamran Ağabalayev, Aqşin Yenisey, Ayaz Salayev və Maksim Medvedeyev kimi məşhurlar canlandırırlar.

Serial tezliklə İTV-də yayımlanacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.