Ayı hərbi bazaya girdi, hərbçiyə xəsarət yetirdi –

FOTO
19 İyun 2021 - 07:27

Yaponiyada ayı Sapporo şəhərində yerli sakinlərə hücum edərək üç nəfərə xəsarət yetirib.

Bu barədə NHK telekanalı məlumat yayıb. Yırtıcı heyvan daha sonra Hərbi Hava Qüvvələrinin yerləşdiyi bazasının ərazisinə daxil olaraq hərbçilərdən birinə hücum edib.

Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.

Ayı hərbi baza ilə həmsərhəd olan hava limanının ərazisinə də daxil olub. Bir müddət aeroport ərazisində gəzişəndən sonra oranı tərk edib.

Polis və xüsusi xilasetmə qrupunun işçiləri ayını tutmaq üçün əməliyyat təşkil ediblər.