Əksər insanlar sanki daim müşahidə altında olduqları kimi aparırlar. Bu, “projektor effekti” kimi tanınan bir fenomendir.
Azpost.info bildirir ki, bu barədə fəlsəfə doktoru Robert Paff “Psychology Today” jurnalında yazıb.
Bu idraki “əyrilik” bizi başqalarının hər hərəkətimizi diqqətlə izlədiyinə inandırır. Əslində biz səhvlərimizə, xarici görünüşümüzə, hərəkətlərimizə olan diqqətin səviyyəsini həddən çox şişirdirik. Məhz xəyali auditoriya həyat stilmizi və davranışımızı dəyişməyə vadar edir.
“Biz sanki hər otaqda bütün qüsurlarımıza işıq salan projektorla gəzirik. Məşhur olmasaq da, həyatımızı əslində bizi izləməyən xəyali auditoriya üçün daim uyğunlaşdırırıq. Bu, sadəcə təxəyyülümüzün məhsuludur, lakin onun yaratdığı hisslər çox realdır və əsl həbsxanaya çevrilə bilər”-deyə alim qeyd edib.
Paff Karl Yunq tərəfindən hazırlanmış sosial maska ideyasına söykənir. Bu “maska” vasitəsilə ilə insan uyğunlaşır və cəmiyyətdə öz yerini tapır. Onun fikrincə, belə bir maska sosial təhlükəsizlik üçün vacibdir, lakin insan bu vəziyyətə həddən artıq qapıldıqda və əsl mənliyi ilə əlaqəsini itirdikdə təhlükəli olur.
“Depressiya tez-tez daxili bir siqnal kimi – sizi oyatmağa çalışan ruhun fəryadı kimi çıxış edir. Əsl mənliyiniz deyir: ‘Daxilən ölürəm! Cəmiyyətin məni mükəmməl bir ana və ya uğurlu bir mütəxəssis kimi tanıması xoşdur, amma mən sadəcə bir roldan daha artığına malikəm'”, – deyə o izah edir.
Psixoloq qeyd edir ki, daim başqalarının gözləntilərinin diktəsi altında yaşamaq ciddi psixoloji zərbə alır. Arqumentini dəstəkləmək üçün o, uzun illər ölüm ayağında olan insanlarla işləyən tibb bacısı Bronni Vehrinin sözlərini misal gətirir. Son günlərini yaşayanların ən çox yayılmış peşmançılıqlardan biri də “kaş ki, məndən gözlənilən həyatı yaşamaq əvəzinə, əsl həyatımı yaşamağa cəsarət edəydim” olub.
Paff hər kəsi pauza götürüb özünə vacib bir sual verməyə çağırır: Sizi heç kim müşahidə etməsəydi, kim olardınız? Onun fikrincə, həqiqətən vacib olan yeganə şey özünü təsdiqləməkdir.