“Rəşad Əhmədzadə mənim üçün dünyanın ən yaxşı həyat yoldaşıdır. Onun kimi bir insandan ayrılmaq mənim üçün çox çətindir. Amma buna məcburam.”
Bu sözləri Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru Səidə Haqverdiyeva sosial şəbəkələrdə yazıb. O, uzun götür-qoydan sonra Rəşad Əhmədzadə ilə boşanmaq üçün müraciət etdiyini bildirib:
“Evli olduğumuz 10 il müddətində həmişə yaxşı həyat yoldaşı olub. Qayğıkeşliyi, ədaləti və xeyirxahlığı ilə məni özünə heyran edib. Onun kimi bir insandan ayrılmaq mənim üçün çox çətindir. Amma buna məcburam. Beş ilə yaxındır ki, məhz mənə görə, müxtəlif bəhanələrlə həyat yoldaşıma mənəvi təzyiqlər göstərilir və səhhətində ciddi problemlər yaranıb. Boşanıram ki, artıq onu rahat buraxasınız və məsələlərinizi şəxsimlə həll edəsiniz.
R.Əhmədzadə mənim bu addımımı xoş qarşılamasa da, seçimimə hörmətlə yanaşdı.
Mənə və ailəmə təzyiqlər edən şəxslər haqqında qısa zamanda ətraflı məlumatlar paylaşacam. Çünki səbr kasam dolub. İstəyirəm ki, siz də o adamları tanıyasınız. Davamı olacaq”, – deyə o qeyd edib.
Qeyd edək ki, S.Haqverdiyevanın həyat yoldaşı R.Əhmədzadə Əməkdar mədəniyyət işçisi və Kukla teatrının direktorudur.