Ayşvariya Ray və azyaşlı qızı koronavirusa yoluxub

12 İyul 2020 - 21:36

“Bollivud”un ulduz aktrisası Ayşvariya Ray və azyaşlı qızı Aaradxya COVID-19 virusuna yoluxublar.

Aktrisanın həyat yoldaşı Abhişek Baççan hər ikisindən götürülən analiz nümunələrinin müsbət çıxdığını bildirib.

“Onlar karantin müddətində evdə olacaqlar. Ailədə digələrinin, o cümlədən anamın testi mənfi nəticə verib. Dua etdiyinə görə, hər kəsə təşəkkür edirəm”,-deyə Abhişek Baççan qeyd edib.

Qeyd edək ki, Hindistanda koronavirusa yoluxanların sayı 856 min nəfərdən çox təşkil edir ki, onların da 22 min 762 nəfəri həyatını itirib. (Baku.ws)