“Cəbhə bölgəsindəyik, Ermənistan ordusuna sarsıdıcı zərbə vurulub” –Müdafiə nazirinin müavini Nizam Osmanov

Azərbaycanın Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini, general-leytenant Nizam Osmanov bu gün işğalçı Ermənistanın Tovuz rayonu istiqaməti törətdiyi təxribatdan danışıb. 

General-leytenant Nizam Osmanov Demokrat.az-a açıqlamasında bildirib ki, hazırda işğalçı düşmən təşviş içindədir: “Ermənistan hərbi birləşmələri dövlət sərhədimizdə növbəti dəfə təxribata cəhd edib. Ancaq Azərbaycan Ordusu düşmən təxribatının qarşısını layiqincə alıb, Ermənistan ordusuna sarsıdıcı zərbə vurub. Hazırda cəbhə bölgəsindəyik, vəziyyət ordumuzun tam nəzarəti altındadır. Düşmən təşviş içindədir. İgid və qəhrəman hərbiçilərimiz düşmənə ağır və sarsıdıcı zərbə endiriblər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabiq nazir Füzuli Ələkbərovun anası və həyat yoldaşı vəfat edib

Sonrakı məqalə

Ayşvariya Ray və azyaşlı qızı koronavirusa yoluxub