Bakıda iki azyaşlı qızı avtomobil vurub

Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Məmmədəliyev küçəsində qeydə alınıb.

Belə ki, “Toyota” markalı avtomobil yüksək sürətlə yol kənarında dayanan 9 yaşlı Yusifova Aysun Əmirhüseyn qızı və 8 yaşlı Yusifova Ruqiyyə Bayandur qızını vurub.

Hər iki yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, yaralılar ağır qapalı kəllə-beyin travması ilə reanimasiyaya yerləşdirilib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ayşvariya Ray və azyaşlı qızı koronavirusa yoluxub

Sonrakı məqalə

Dünyada koronavirusa yoluxanların sayı 12 milyon 5 yüz mini ötdü