Prezident İlham Əliyev Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə imzalanmış sənədin mətnini açıqlayıb. Noyabrın 10-u saat 00:00-dan etibarən hərbi əməliyyatlar dayandırılır. Məlumata görə, Ağdam rayonunun işğal altında olan ərazilər 20 noyabr 2020-ci il tarixinədək Azərbaycana qaytarılacaq. Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca 5 il müddətinə Rusiyanın sülhməramlıları yerləşdirilir. Atəşkəsə nəzarət etmək üçün sülh mərkəzi yaradılır. Dağlıq Qarabağın Ermənistanla əlaqəsini təmin edəcək. Ermənistan işğal etdiyi Kəlbəcəri 15 noyabradək, Laçını isə 1 dekabradək boşaldacaq. Məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərə qaytarılacaq. Hərbi əsirlərin və cəsədlərin mübadiləsi həyata keçiriləcək.