Səhmlərində dövlətin payı olan “Azər-Türk Bank” ASC dövlət büdcəsinə dividendlər üzrə daxilolmaları kəsirlə ica edib.
Azpost.info bildirir ki, bu barədə “2019-cu il dövlət büdcəsinin icrası barədə” hesabatda bildirilib
Bankın büdcəyə nəzərdə tutulmuş dividend 2,1 milyon manat proqnoza qarşı icra 225,0 min manat və ya 89,0 faiz kəsirlə yerinə yetirilib.
Hesabatda qeyd olunur ki, Bankın aktivlərinin qiymətləndərilməsi nəticəsində əlavə ehtiyatların yaradılması zəruriyyəti xərclərinin artması, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən uçot dərəcəsinin aşağı salınması,habelə depozit hərracında əməliyyat limitinin 300-350 milyon manatdan 100 milyon manata qədər azaldılması nəticəsində likvid və saitlərin yerləşdirilmə sindən yaranan gəlirlərinin azalması, kreditresursları üzrə faiz gəlirliyinin azalması, ötən illərlə müqayisədə valyuta kurslarında yaranmış stabilliklə əlaqədar olaraq xarici valyuta əməliyyatlarından əldə olunan gəlirlərin həcminin azalması nəticəsində xalis mənfəət göstəricisinin büdcə proqnozundan daha az olması dividendlərin az ödənilməsinə səbəb olub.