“Azər-Türk Bank” büdcəyə ödəmələri 89 faiz kəsirlə icra edib

Səhmlərində dövlətin payı olan “Azər-Türk Bank” ASC dövlət büdcəsinə dividendlər üzrə daxilolmaları kəsirlə ica edib.

Azpost.info bildirir ki, bu barədə “2019-cu il dövlət büdcəsinin icrası barədə” hesabatda bildirilib

Bankın büdcəyə  nəzərdə tutulmuş dividend 2,1 milyon manat proqnoza qarşı icra 225,0 min manat və ya 89,0 faiz kəsirlə yerinə yetirilib.

Hesabatda qeyd olunur ki, Bankın aktivlərinin qiymətləndərilməsi nəticəsində əlavə ehtiyatların yaradılması zəruriyyəti xərclərinin artması, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən uçot dərəcəsinin aşağı salınması,habelə depozit hərracında əməliyyat limitinin 300-350 milyon manatdan 100 milyon manata qədər azaldılması nəticəsində likvid və saitlərin yerləşdirilmə sindən yaranan gəlirlərinin azalması, kreditresursları üzrə faiz gəlirliyinin azalması, ötən  illərlə müqayisədə valyuta kurslarında yaranmış stabilliklə əlaqədar  olaraq  xarici  valyuta əməliyyatlarından əldə olunan  gəlirlərin  həcminin azalması  nəticəsində xalis  mənfəət göstəricisinin  büdcə proqnozundan  daha az  olması dividendlərin az ödənilməsinə səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Kölgə iqtisadiyyatı”ilə mübarizə Gömrük  Komitəsinin gəlirlərini artırıb –

Sonrakı məqalə

Bərdədə örüş torpağı tələb edən sakinlər polisə müqavimət göstərib –