Azərbaycan əhalisi ötən il nağd dollar alışını azaldıb

- Rəqəmlər
30 Yanvar 2020 - 16:23

Ötən ilin yanvar-dekabr aylarında Azərbaycanda banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 2 680 553,3 min dollar təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrünə nisbətən 725 555,3 min dollar və ya 21,3 % azdır.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, 2019-cu ilin dekabr ayında ölkə əhalisi tərəfindən 352 393 min dollar alınıb. Bu isə ötən ilin noyabr ayına nisbətən 114 504,41 min dollar və ya 48,1% az, ötən ilin yanvar ayına nisbətən isə 52 765,56 min dollar və ya 17,6 % azdır. Dekabr ayında əhali tərəfindən dollar alışı 2018-ci ilin analoji ayı ilə müqayisədə 231 825,6 min dollar və ya 39,7% azalıb. 

Bundan başqa, ötən ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 1 828 960,5 min dollar təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 208 236,6 min dollar və ya 10,2% azdır.