Azərbaycan 20 ildə neftdən 156 milyard dollar gəlir əldə edib –Ötən ay nə qədər qazanc olub? (RƏSMİ RƏQƏMLƏR)

Bu ilin yanvar ayında (01.01.2022-01.02.2022 tarixinə) Azərbaycan Respublikası Neft Fondunun (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 683,114 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 2,8 dəfə çoxdur.

ARDNF-dən verilən məlumata görə, ötən ilin müvafiq dövründə sözügedən göstərici 244,946 mln. dollar səviyyəsində idi.

Məlumata görə, Fondun AÇG yatağı üzrə əldə olunan ümumi gəlirləri (2001-ci ildən etibarən) 156 056 mln. dollar (01.02.2022 tarixinə) təşkil edib.

Qeyd edək ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, “Inpex” – 9,31%, “Equinor” (keçmiş “Statoil”) – 7,27%, “ExxonMobil” – 6,79%, TPAO – 5,73%, “Itochu” – 3,65% və “ONGC Videsh Ltd.” (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı olub (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Pekində Putin və Çin lideri arasında danışıqlar başlayıb

Sonrakı məqalə

Prezident İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib