“Yaxın vaxtlarda Moskvada Ermənistan, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü keçiriləcək”.
Azpost.info xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Avropaya inteqrasiya üzrə komissiyasının rəhbəri Arman Yeqoyan bildirib.
Onun sözlərinə görə, tərəflər artıq üçtərəfli danışıqlarda iştirak üçün razılıq veriblər: “İlkin razılaşma var. Görüş Moskvada baş tutmalıdır”.
Yeqoyan qeyd edib ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun bir gün əvvəl Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenlə görüşü Moskva görüşünün qarşısını almamalıdır. Biri digəri ilə ziddiyyət təşkil etmir”.
Azpost.info