Azərbaycan hərbçiləri Türkiyədə “Bayraktar AKINCI”nın istifadəsinə dair kurs keçib- FOTO

“Baykar” şirkətində “Bayraktar AKINCI” pilotsuz uçuş aparatlarının istifadəsinə dair kurs keçən azərbaycanlı hərbçilərin buraxılış mərasimi baş tutub.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi “Twitter“ hesabında məlumat paylaşıb.

Qeyd edək ki, mərasimdə Azərbaycanın Türkiyədəki Səfirliyinin hərbi attaşesi Müşfiq Məmmədov da iştirak edib.

Əvvəlki məqalə

Naxçıvan Ali Məclisinin şöbə müdirləri işdən azad edilib

Sonrakı məqalə

İran müdafiə nazirinin sabiq müavini edam olundu