Azərbaycan müharibə cinayətlərinə görə 24 ermənini beynəlxalq axtarışa verib

01 Oktyabr 2021 - 09:57

İkinci Qarabağ Müharibəsində azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə 24 nəfər erməni beynəlxalq axtarışa verilib.

Bunu jurnalistlərə açıqlamasında Baş Prokuror Kamran Əliyev deyib.

O bildirib ki, Vətən Müharibəsindən azərbaycanlılara qarşı törədilən cinayətlərlə bağlı Baş Prokurorluqda 76 cinayət işi başlanılıb:

“Onlardan 39-u mülki əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlıdır. Bu istiqamətdə işlərimiz beynəlxalq müstəvidə davam etdirilir. Bununla yanaşı Birinci Qarabağ müharibəsi və eləcə də atəşkəs dövründə hərbçilərimizə qarşı törədilmiş cinayətlərlə bağlı 300 yaxın Ermənistan vətəndaşı axtarışa verilib”.