“Azərbaycan” nəşriyyatına yeni baş direktor təyin olundu –

FOTO
01 Oktyabr 2021 - 16:30

“Azərbaycan” nəşriyyatına yeni baş direktor təyin olunub.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, Leyla Güləliyeva “Azərbaycan” nəşriyyatının baş direktoru təyin edilib.

L.Güləliyeva təyinatla bağlı xəbəri təsdiqləyib.

Qeyd edək ki, L.Güləliyeva keçmiş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərmarka” MMC-nin direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, ötən gün “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov vəzifəsindən azad edilib.