Azərbaycan Ordusunun hərbçisi Kəlbəcər rayonu ərazisində vəfat edib –

RƏSMİ (FOTO)
21 May 2021 - 20:24

Bəzi sosial şəbəkə istifadəçilərinin guya Şuşada hərbi qulluqçumuzun vəfat etməsi ilə bağlı yaydığı xəbər həqiqətə uyğun deyil.

Müdafiə Nazirliyindən bildirilib ki, Kəlbəcər rayonu ərazisində əsgər Şükürov Elmir İlham oğlu qeyri-döyüş şəraitində vəfat edib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.(APA)