“Azərbaycan səfirliyinə hücumla bağlı istintaq tamamlanıb” –İRANDAN AÇIQLAMA

Bu ilin yanvar ayında Azərbaycan Respublikasının İrandakı səfirliyinə hücum acı bir hadisə idi. Bütün aidiyyəti qurumlar hesab edirlər ki, bu hücumu törədən şəxsə qarşı sərt tədbirlər görülməlidir.

Bu barədə İranın Məhkəmə və Ədliyyə sisteminin sözçüsü Məsud Satayşi bugünkü mətbuat konfransında deyib.

“Bu işin müxtəlif ölçüləri müəyyən edilib və istintaq tamamlanıb”, – o qeyd edib.

Məsud Satayşi, bu məsələdə Azərbaycan tərəfinin də əməkdaşlığının vacibliyini vurğulayıb.

Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov”la silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirib, iki nəfəri yaralayıb. Terrorçunu elə səfirliyin mühafizə xidmətinin digər əməkdaşı zərərsizləşdirib. Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilib.

Əvvəlki məqalə

Afterşokların ən güclüsünün maqnitudası 3-ə qədər olub

Sonrakı məqalə

İranlı “İsi”dən narkotik alan narkotacirlər saxlanılıb, 11 kilo heroin tutulub