Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Azərbaycan sülhməramlıları Qəzzaya göndəriləcək?

User 20 Oktyabr 2025 - 12:12 (Last updated: 20 Oktyabr 2025 - 12:12)
turk sülhmeram

Misirin rəhbərliyi altında Qəzza sektorunda yerləşdirilməsi nəzərdə tutulan beynəlxalq “sabitlik qüvvələri”nin tərkibində azı 4 min hərbçi olacaq.

Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin “The National” qəzeti məlumat yayıb. Məlumata görə, ağır silahlarla təchiz olunmayacaq “sabitlik qüvvələri”nin səlahiyyətləri sülhməramlı kontingentlərə bənzəyəcək.

“The National” yazır ki, bu qüvvələrin tərkibində Misirlə yanaşı, Azərbaycan, Türkiyə və İndoneziya hərbçiləri də yer ala bilər. Lakin bu ölkələr hələ ki rəsmi olaraq təşəbbüsdə iştiraklarını təsdiqləməyiblər.

Həmin kontingent ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə hazırlanmış sülh planının birinci mərhələsinə uyğun olaraq İsrail ordusunun geri çəkdiyi ərazilərdə yerləşdiriləcək və Tel-Əvivin müəyyən etdiyi təhlükəsizlik zonasına daxil olmayacaq.

Beynəlxalq kontingentin əsas vəzifələrinə sahə hospitallarının yerləşdirilməsi, kritik infrastruktur obyektlərinin bərpası, həmçinin dağıntılar altında qalan fələstinlilərin cəsədlərinin çıxarılması üzrə axtarış-xilasetmə əməliyyatlarının koordinasiyası daxil olacaq. Bu prosesdə onlara təxminən 3 min yerli könüllü yardım edəcək.

Qeyd edək ki, beynəlxalq qüvvələrin Qəzza sektorunda yerləşdirilməsi Donald Trampın sülh planının ikinci mərhələsini təşkil edir.

AzPost.az

Post navigation

Previous: Statistika sahəsində çalışan işçilər təltif edildi
Next: 9 ayda vətəndaşlar 3 min odlu silahı könüllü təhvil veriblər –

Oxşar xəbərlər

zahid oruc
  • Sosial

Deputat Zahid Orucdan sökülən evlərə görə kompensasiya təklifi – kimə nə qədər pul veriləcək?

User 27 Oktyabr 2026 - 13:03
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 27 Oktyabr 2026 - 12:24
rusiyamehkeme
  • Sosial

Dələduzluqda ittiham edilən şəxs zərərçəkənlə barışdı, həbsdən azad edildi

User 27 Oktyabr 2026 - 11:36

xƏBƏR

zahid oruc
  • Sosial

Deputat Zahid Orucdan sökülən evlərə görə kompensasiya təklifi – kimə nə qədər pul veriləcək?

User 27 Oktyabr 2026 - 13:03
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc sökülən ev və obyektlərə görə kompensasiyanın hesablanması üçün vahid...
Read more about Deputat Zahid Orucdan sökülən evlərə görə kompensasiya təklifi – kimə nə qədər pul veriləcək?
Tramp İranla atəşkəsi “vaxt itkisi” adlandırdı – Müharibə ilə bağlı açıqlama tramp
  • Dünya

Tramp İranla atəşkəsi “vaxt itkisi” adlandırdı – Müharibə ilə bağlı açıqlama

User 27 Oktyabr 2026 - 12:57
Qazaxıstanda ruslara avtomobil satmaqdan imtina edirlər qazaxstan serhed
  • Dünya

Qazaxıstanda ruslara avtomobil satmaqdan imtina edirlər

User 27 Oktyabr 2026 - 12:52
ABŞ Kanada ilə razılaşmağa hazırlaşır – polad və avtomobil rüsumu azaldıla bilər abs kanada
  • Dünya

ABŞ Kanada ilə razılaşmağa hazırlaşır – polad və avtomobil rüsumu azaldıla bilər

User 27 Oktyabr 2026 - 12:45
Özbəkistanda kino sahəsində böyük islahat – Film istehsalı özəl sektora verildi ozbek prezident
  • Mədəniyyət

Özbəkistanda kino sahəsində böyük islahat – Film istehsalı özəl sektora verildi

User 27 Oktyabr 2026 - 12:33
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.