“Almaniya və Avropa Cənubi Qafqaz ölkələri ilə keçmişin kölgələrini dəf edəcək və gələcəyin xalqlarının maraqlarını formalaşdıracaq bir region yaratmaq üçün birgə işləmək istəyirlər”.
Azpost.info xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Ermənistan və Azərbaycana ikigünlük səfəri öncəsi deyib.
Qarabağ ətrafında iki ölkə arasında uzun müddətdir davam edən münaqişəni şərh edən Berbok qeyd edib ki, bu, hər iki tərəfə böyük yaralar vurub, lakin uzunmüddətli perspektivdə onlar sağalacaq: “İndi vacibdir ki, sülhün açarlarına sahib olan hər kəs özünə qalib gəlsin və qarşılıqlı etimad yolunu tutsun”.
Qeyd edək ki, noyabrın 3-də Almaniyanın xarici işlər nazirinin İrəvanda erməni həmkarı Ararat Mirzoyanla görüş keçirəcək. Noyabrın 4-də isə Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparacaq.
Azpost.info